Autizm xəstələrinin dəqiq sayı müəyyənləşəcək


23:45     30 Mart 2017 autiz.jpg

Azərbaycanda ilk dəfə olaraq autizm xəstəliyi olan insanların sayı barədə dəqiq məlumatlar əldə etmək məqsədilə təhlillər aparılacaq.


Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Səhiyyə siyasəti və islahatlar şöbəsinin müdir müavini Nabil Seyidov bildirib ki, dünyanın bir çox ölkəsində olduğu kimi, bununla bağlı Azərbaycanda da heç bir araşdırma aparılmayıb.

Son 20-30 il ərzində autizmi xəstəliyi olan insanların sayının kəskin şəkildə artdığını deyən N. Seyidov qeyd edib ki, buna ekologiya, ətraf mühit, yemək və digər amillər təsir göstərir: “Azərbaycan üçün problem yenidir və həlli yolları araşdırılır. Ümumdünya Səhiyyə Təşkilatı ilə aparılan danışıqlar nəticəsində autizmli insanlara psixoloji-tibbi yardımın genişləndirilməsi üçün tədbirlər planının hazırlanması nəzərdə tutulur. Digər ölkələrdə olduğu kimi, müəyyən əhali qrupları, müxtəlif yaşlarda olan uşaqlar arasından müayinələr, araşdırmalar aparılacaq. Onların əsasında xəstə uşaqları müəyyənləşəcək və ümumi əhalinin sayına vurularaq təxmini rəqəmlər məlum olacaq. Uşaqlara 1-4 yaşlarında diaqnoz qoyulsa, onların sayı barədə daha dəqiq rəqəmlər əldə ediləcək”.

N.Seyidov əlavə edib ki, autizmin heç bir peyvəndlə əlaqəsi yoxdur. Mütəxəssis qeyd edib ki, autism psixiatrik yox, nevroloji problemdir. Beyində genetik-xromoson səviyyəsində baş verən anomaliyalarla bağlıdır.

Femida.az

Açar sözlər:

Oxunub: 921


Oxşar xəbərlər