Tramp Merkelin əlini niyə sıxmadığını açıqladı - VİDEO


19:46     03 Aprel 2017 maxresdefault38.jpg

ABŞ prezidenti Donald Tramp Almaniya Kansleri Angela Merkelini əlini niyə sığmadığına aydınlıq gətirib.


D.Tramp “Financial Times”a verdiyi açıqlamada jurnalistlərin “əl sıxışın” sözlərini eşitmədiyini bildirib.

“Merkel ilə möhtəşəm bir görüşümüz oldu. Görüş əsnasında 5 dəfə onunla əl sıxışdım. Daha sonra yan-yana oturanda deyəsən jurnalistlərdən hansısa biri “onun əlini sıxın” deyib. Təəssüf ki, mən bunu eşitməmişəm”, - deyə Tramp münasibət bildirib.

Tramp tvitter hesabı vasitəsilə paylaşdığı sərt fikirlərə də münasibət bildirib: “Tvitlər olmasaydı, mən burada olmazdım. Feysbuk, instaqram və tvitterdə 100 milyondan artıq izləyicim var. Heç nədən peşman deyiləm. Yüzlərlə tvit yazarsınız, biri uğursuz ola bilər. Bu, normaldır”.



Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 3709