Metro kartı dəyişdi - DİQQƏT!


15:12     08 Avqust 2015 99663.jpg


Xəbər verdiyimiz kimi, bu gündən Bakı Metropolitenində "BakıKart" və "BakıKart Məhdud istifadə üçün" kartların istifadəsinə başlanılır.


Femida.az bir daha oxucuların nəzərinə çatdırır ki, "BakıKart" və "BakıKart Məhdud istifadə üçün" kartlarını bütün stansiyaların vestibüllərində və "BakuBus" MMC-yə məxsus marşrutların Bakıdakı dayancaqlarda quraşdırılımış yeni terminallardan əldə etmək olar.


"Metrokart"ın balansında olan gediş haqqı sentyabrın 30-na qədər istifadə oluna bilər. "Metrokart"ın girov dəyəri və balansında olan məbəğ "BakıKart"a köçürmək istəyən sərnişinlər yeni terminal vasitəsilə "Bakıkart"ı alıb istifadədə olan "Metrokart"ı ilə birlikdə stansiyanın xəzinədarına təqdim etməlidir.

Bir ədəd "Metrokart"ın girov dəyərini və ona yüklənmiş məbləği yalnız bir ədəd "Bakıkart"a transfer etmək mümkündür. "Metrokart"ı qaytarmaq istəyən sərnişinlər kartın girov dəyərini avqusutn 15-nə kimi stansiyaların xəzinədarlarından geri ala biləcəklər.

Avqustun 15-dən sentyabrın 30-dək "Metrokart"ın girov dəyəri sadəcə gediş haqqı kimi istifadə olunacaq.

Sentyabrın 30-dək metropolitendə "Metrokart" və "Bakıkart"ın birgə istifadəsi həyata keçiriləcək. Sentyarın 30-dan etibarən "Metrokart"ın istifadəsi dayandırılacaq.

Açar sözlər:

Oxunub: 1615