“Bandotdel“ əməliyyat keçirdi - Tutulanlar var


21:05     27 Aprel 2015 55555jkk.jpg


Bakıda saxta dollar satan əcnəbi vətəndaşlar saxlanılıb.


DİN-dən Femida.az-a verilən məlumata görə, Nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumat əsasında Nigeriya vətəndaşları Obu Onyedika Moses və Nvadike Emmnauel Chinyere paytaxtın Nəsimi rayonu ərazisində 50 ədəd saxta 100 dollarlıq əskinasları satarkən saxlanılıblar.
Onlarla birgə 3 Nigeriya, 1 Kamerun və 1 Qvatemala vətəndaşlarının da kirayədə yaşadıqları mənzilə baxış zamanı əlavə 100 ədəd saxta 100 dollarlıq əskinaslar da aşkar edilərək götürülüb.

Faktla bağlı Baş İdarədə cinayət işi başlanıb, istintaq aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 482