Aprel şəhidinin ev muzeyi yaradılıb
19:25 04 Aprel 2017
Masallı rayonunun Kalinovka şəhərində aprel döyüşlərində şəhid olan əsgərin ev muzeyi yaradılıb.
Ötən ilin aprelin 4-də şəhid olan 1995-ci il təvəllüdlü Nurlan Bayram oğlu Əsgərov rayonun Kalinovka kəndində anadan olub. O, 2015-ci ilin iyul ayında həqiqi hərbi xidmətini başa vurduqdan sonra müddətdən artıq xidmət etmək üçün könüllü olaraq hərbi xidmətini baş əsgər rütbəsində davam etdirib.
Ötən ilin aprelində şəhidlik zirvəsinə ucalan N. Əsgərovun evində muzey yaradılıb. Muzeydə Nurlana aid hərbi geyimlər, xidmət zamanı aldığı təltiflər, fotolar, idman əşyaları nümayiş olunur.
Qeyd edək ki, şəhidin xatirəsinə kəndin mərkəzində abidə və bulaq inşa edilib.
Femida.az
Oxunub: 1885
Oxşar xəbərlər
- Aprel döyüşlərində ölən erməni əsgər Moskvada gəzir?- Erməni mətbuatında şok məlumat
- Aprel döyüşləri ilə bağlı medal təsis edilsin - TƏKLİF
- Aprel döyüşlərində yaralanan hərbçimiz Türkiyəyə göndərilir - Açıqlama
- Aprel döyüşçüləri protezlərlə təmin edilib - Mehriban Əliyevanın təşəbbüsü ilə
- Aprel şəhidlərinin həyatından bəhs edən kitabların təqdimatı olub
- Aprel döyüşlərinin ildönümünə həsr olunmuş mərasim - FOTOLAR (VİDEO)
- Aprel şəhidlərinə həsr olunmuş kitabın təqdimatı olub
- Aprel döyüşlərinin ildönümü ilə bağlı Rusiya XİN-dən BƏYANAT
- Aprelin 9-da mitinq olmayacaq
- Aprel döyüşləri fərarilərin sayını azaltdı - ARAŞDIRMA