Axund jurnalistləri 20 manata evləndirdi - Rəsmi nikahsız (VİDEO)


21:26     05 Aprel 2017 miri%20mecid5.JPG

Bildiyimiz kimi, ölkə gündəmini ciddi bir məsələ zəbt edib. Belə ki, Gəncədə əmi və qardaşı qızın kəbin kağızı ilə nikaha girdiyi deyilir. Hadisədən sonra Qafqaz Müsəlmanları İdarəsinin rəsmisi açıqlama yayaraq bildirib ki, molladan kəbin nikah haqqında şəhadətnamə əsasında oxunur.


Femida.az məsələnin dəqiqliyini yoxlamaq üçün iki əməkdaşını şəhərin mərkəzindəki Əjdərbəy məscidinə axunddan kəbin kağızı almağa göndərib. Mənzərə gözlənildiyi kimi də olub. Belə ki, məscidin axundu jurnalistlərdən nikah haqqında şəhadətnamə tələb etmədən, onlardan “dövlət rüsumu” adı altında 20 manat pul istəyərək, kəbin kəsib.



Halbuki, qəbul edilmiş qərarlara görə molla, rəsmi nikah haqqında şəhadətnamə təqdim edilmədiyi halda kəbin kəsə bilməz. Amma görünən odur ki, mollalar aldıqları 20 manat müqabilində kəbin kəsməklə ailə dəyərlərini heçə sayırlar.

Qeyd edək ki, “Məşədi Dadaş” məscidinin axundu Hacı Şahin Həsənli açıqlamasında bildirib ki, Qafqaz Müsəlmanları İdarəsi əməkdaşlarına təlimat verib ki, din əmi və qardaşı qızının münasibətini kökündən qanunsuz hesab edir və bu münasibətin qurulması düzgün deyil: "Bu adamlara dini kəbin oxuna bilməz. Əgər oxunarsa, onun heç bir legitimliyi olmur, batil kəbindir. Qafqaz Müsəlmanları İdarəsi əməkdaşlarına təlimat verib ki, kəbin nikah haqqında şəhadətnamə əsasında oxunsun".



Müxbir: Miri Məcidli
Oğuz Altay
Şəhanə Rəhimli
Operator: Əhməd Xəlilov
Montaj: Bəxtiyar Məmmədov

Femida.az

Açar sözlər:

Oxunub: 7740