Övladını məktəbə buraxmayan valideyn cinayətkar sayılırmı?


18:32     08 Avqust 2015 mekteb_017777.jpg


Təhsil gələcəyin bünövrəsini təşil edir.Təhsil nə qədər güclü və sistemli olarsa, uğurlar da bir o qədər çox olar.

Bəs valideynlər övladlarının təhsilində nə dərəcədə məsuliyyət daşıyır? Uşaqların təhsildən yayınmasına görə, valideynlər hansı məsuliyyəti daşıyır. Valideynlər buna görə cinayət məsuliyyətinə cəlb oluna bilərmi? Bu qanunun hansı bəndi ilə tənzimlənir? Suallarımızı hüquqşünaslar qrupunun üzvləri cavablandırıb.

Qanqa İbrahimov :


Ailə Məcəlləsinin 58.1. maddəsinə əsasən, valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdir və uşaqlarını tərbiyə etməyə borcludurlar. 58.4. Valideynlər uşaqların əsas ümumi təhsil almasını təmin etməyə borcludurlar. “Uşaq hüquqları haqqında” qanunun 22 maddəsində uşağın təhsil almaq hüququ və uşaqların icbari ümumi orta təhsildən yayındırılması qadağan olduğu qeyd edilir. Valideynlər burada inzibati məsuliyyətə cəlb edilə bilər.

Hüquqşünas Məhərrəməli Həmidov :

Valideynlər uşaqların təhsildən yayınmağına görə cinayət məsuliyyəti daşımır. Yalnız uşaqların digər şəxslərə vurduğu zərərə görə, valideynlər məsuliyyət daşıyır.

Hüquqşünas Əhmədov Nihat:

Uşaqların təhsildən yayınmasında valideynləri cinayət məsuliyyəti daşımır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 51- ci maddəsinə görə inzibati məsuliyyət daşıyır. Həmin maddəni siz dediyiniz halda praktikada tətbiq edirlər. Burada valideynlərə ya xəbərdarlıq ya da, 20 manatdan, 40 manatadək cərimə tətbiq edilə bilər.


Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 2039