Yol polisi “Ambulans”ı da cərimələyə bilərmi? – Hüquqşünasdan açıqlama

Yol polisi “Ambulans”ı da cərimələyə bilərmi? – Hüquqşünasdan açıqlama

11:33     06 Aprel 2017 bakida-yeni-tecili-tibbi-yardim-masinlari-fealiyyet-gosterecek.jpg

Ağdaş Mərkəzi Xəstəxanasından ağır infarkt diaqnozu ilə Bakıya köçürülməli olan xəstəni daşıyan təcili tibbi yardım maşının sürücüsü 310 manat cərimələnib. Femida.az xəbər verir ki, bu haqda adının açıqlanmasını istəməyən Ağdaş Mərkəzi Xəstəxanasında təcili tibbi yardım maşınını idarə edən sürücülərdən biri azxeber.com-a məlumat verib. Onun sözlərinə görə, son aylar Gəncəyə və Bakıya köçürülməli olan xəstələri daşıdıqları zaman radarlara düşürlər və xəstəxana rəhbərliyi bu cərimələrin onların maaşlarından çıxılacağını bildirib.


Femida.az məsələnin hüquqi tərəfini araşdırıb.

Yol polisi təcili tibbi yardım avtomobilinə cərimə yaza bilərmi?





Mövzu ilə bağlı Femida.az -ın suallarını cavablandıran hüquqşünas Ərşad Hüseynov qeyd edib ki, təcili tibbi yardım avtomobilinin sürücüsü digər sürücülər kimi cərimələnə və radara düşə bilər.

“Təcili tibbi yardım avtomobili xüsusi operativ nəqliyyat vasitəsi sayılır. Həmin avtomobil xüsusi səslə, xüsusi işıq siqnalı ilə təmin olunur.Əgər, zərurət yaranarsa, sürücü səsli siqnalı qoşmalı və təhlükəsizlik qaydalarına riayət etməklə sürəti artıra bilər. Sürücü yalnız xidməti zərurətlə bağlı öz hüququndan istifadə edə bilər. Əgər, polis əməkdaşı müəyyən etsə ki, həmin avtomobilin sürücüsü xidməti zərurətlə bağlı olmayan hallarda qaydaları pozubsa, onu cərimə edə bilərlər. Bu qanunun bəndlərinə tam uyğundur.”

Bəs, təcili yardım avtomobilinin sürücüsünə elektron qaydada protokol yazılırsa, sürücünün qaydanı pozub-pozmadığını necə müəyyən etmək mümkündür?

Hüquqşünas Ərşad Hüseynov qeyd edib ki, bu məsələnin də həlli var.

“Belə hallar baş verirsə, elektron protokol avtomobilin sürücüsünə göndərilir. Həmin vaxt xəstəxananın rəhbərliyi arayış verməlidir ki, filan saatda bu avtomobil xidməti zərurətlə bağlı istifadə olunub. Çünki elektron protokolda saniyələrə qədər qeyd olunur. Həmin arayışdan sonra, yazılmış protokol ləğv olunmalıdır.
Bir daha qeyd edim ki, təcili yardım avtomobilinin sürücüsü yol hərəkəti qaydalarını poza bilər. Amma bu başqasının təhlükəsizliyinə zərər törətmədən və xidməti zərurətlə bağlı ola bilər.”




(Ağdaş Rayon Xəstəxanasının radara düşən təcili yardım maşını)



Miri Məcidli
Femida.az



Açar sözlər:

Oxunub: 5561