Parlamentdə Rusiya ilə bağlı məsələ qaldırıldı


16:19     07 Aprel 2017 apamilli%20m.jpg

“Rusiya Federasiyası Ədliyyə Nazirliyinin Ümumrusiya Azərbaycan Konqresinin ləğv edilməsi üçün Ali Məhkəməyə müraciət etməsi barədə kütləvi informasiya vasitələrində yayılan məlumatlar hər kəsi narahat edir”


Bunu hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən iclasında deyib.

Millət vəkili bildirib ki, hansısa qüvvələr iki dövlət arasındakı münasibətlərə xələl gətirməyə çalışır: “Azərbaycan Rusiya ilə dost ölkədir. Ölkəmizdə 300-dən artıq rus məktəbi fəaliyyət göstərir. Azərbaycanın Ermənistan istisna olmaqla qonşu dövlətlərlə münasibətləri normaldır. Qeydiyyatın ləğv olunması ilə bağlı məsələ narahatedicidir. Araya girən qüvvələr başa düşməlidir ki, Azərbaycan Rusiya ilə münasibətləri artan xətt üzrə inkişaf edir”.

Deputat Zahid Oruc və deputat Elmira Axundova da məsələ ilə bağlı narahatlığını ifadə edib.

Femida.az

Açar sözlər:

Oxunub: 2725