Məzahir Pənahovdan siyasi partiyalara - Xəbərdarlıq


20:48     07 Aprel 2017 mezahir39.jpg

"İndiyə qədər 19 siyasi parti ya maliyyə hesabatını təqdim etməyib".


Femida.az-ın məlumatına görə, bunu bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında MSK sədri Məzahir Pənahov bildirib.

MSK sədri deyib ki, bu problemin yaranmasının səbəblərindən biri bir sıra partiyaların sədrlərinin səlahiyyət müddətinin başa çatmasıdır: "Bu partiyalar qanunvericiliyə uyğun olaraq yenidən sədrlərini seçməli və qanuni səlahiyyətli olan şəxs maliyyə hesabatını təqdim etməlidir. Biz yenə də dözümlü mövqe nümayiş etdirərək çalışacağıq ki, partiyaların hamısı maliyyə hesabatlarını versinlər".

M. Pənahov qeyd edib ki, Vahid Kommunist Partiyasının sədri vəfat etsə də, maliyyə hesabatını təqdim edib: "19 partiya qalıb və onların bir hissəsinin sədrlərinin səlahiyyətləri başa çatıb. Mən bir daha siyasi partiyalara müraciət edirəm ki, maliyyə hesabatlarını təqdim etsinlər. Maliyyə hesabatlarında imzanın səlahiyyətli olub-olmamasına gəlincə, maliyyə hesabatlarını göndərsinlər, sonra imzanın nə dərəcədə səlahiyyətli olmasına münasibət bildirəcəyik".

Qeyd edək ki, Azərbaycanda 55 siyasi partiya qeydiyyatdan keçib. Qanunvericiliyə əsasən partiyalar hər il aprelin 1-ə qədər ötən ilin maliyyə hesabatlarını MSK-ya təqdim etməlidir.

Femida.az

Açar sözlər:

Oxunub: 796