Dərman içən qız öldü - Salyanda
18:57 09 Aprel 2017
Ötən gün Salyan rayonunda dərmandan zəhərlənən 21 yaşlı qız xəstəxanada dünyasını dəyişib.
Femida.az reporta istinadən xəbər verir ki, hadisə aprelin 8-i axşam saatlarında rayonun Noxudlu kəndində baş verib.
Kənd sakini, 1996-cı il təvəllüdlü Gülmira Qəhrəman qızı Cahangirova xəstəliyi ilə əlaqədar həddindən artıq dərman qəbul etdiyindən zəhərlənib. O, yaxınları tərəfindən Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. İlkin tibbi yardım göstərildikdən sonra o, Reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər zərərçəkmişin vəziyyətinin ağır olduğu bildirirdilər.
Femida.az
Oxunub: 747
Oxşar xəbərlər
- Dərmandan zəhərlənərək ölüb
- Dərman içib öldü
- Dərman oğurlayarkən tutuldu
- Dərmanların pulsuz paylanması qadağan edilir
- Dərman qutusundan narkotik çıxdı
- Dərmandan komaya düşdü
- Dərman içdi - Xəstəxanaya düşdü
- Dərmanların qiymətinə dair RƏSMİ AÇIQLAMA
- Dərmanların satışında YENİ QAYDALAR
- Dərmanlarla bağlı yeni qaydalar təsdiq olundu