Atasını öldürən şəxsə HÖKM OXUNDU


17:23     11 Aprel 2017 hokm80.jpg

Bakı Ağır Cinayətlər Məhkəməsində atasını öldürməkdə təqsirli bilinən Sərxan Heydərovun cinayət işi üzrə məhkəmə prosesi bu gün başa çatıb.


Femida.az-ın əldə etdiyi məlumata görə, məhkəmənin hökmü ilə Sərxan Heydərov 12 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən il noyabr ayının 10-da Quba rayonunda baş verib. 24 yaşlı Sərxan Heydərov atası, 48 yaşlı Siyavuş Heydərova bıçaqla xəsarət yetirib. S. Heydərov ölüb.

O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 1306