Müavini Etibar Məmmədovdan nə danışdı?


15:17     28 Aprel 2015 eti44.jpg


Etibar Məmədov parlament seçkilərində iştirak edəcək?


AMİP sədri Etibar Məmədovun seçki öncəsi aktivləşməsi müzakirələrə səbəb olub.
Femida.az AMİP Mərkəzi Şurasının üzvü Əli Orucov partiyanın son durumu, planları haqda münasibət öyrənib:

“Etibar Məmədov həmişə lazımi məqamlarda öz mövqeyini və fikirlərini deyib. Seçkiqabağı hansı addımı atacağı onun şəxsi işidir. Əgər özü uyğun görsə, 2015-ci ildə keçiriləcək parlament seçkilərində iştirak edər. Biz də onun partiyası olaraq dəstəkləyərik.”

Qeyd edək ki, AMİP lideri, Beynəlxalq Demokrat İttifaqının sədr müavini Etibar Məmmədov Kiyevdə səfərdə olub. Dünən Bakıya dönən Etibar Məmmədov Ukrayna Patriot Partiyasının qurultayında iştirak edib. AMİP-dən verilən xəbərə görə, qurultayda Etibar Məmmədov təbrik çıxışı edib.

Şahverdi Şirinli
Femida.az

Açar sözlər:

Oxunub: 1032


Oxşar xəbərlər