“Ermənilər üçün oynayın” - Türk futbolçulara qarşı TƏXRİBAT


00:25     14 Aprel 2017 4567.jpg

Bu gün UEFA Avropa Liqasının 1/4 final mərhələsində keçiriləcək “Beşiktaş” - “Lion” qarşılaşması öncəsi ermənilər təxribata əl atıblar.


Türkiyə KİV-lərinin yaydığı xəbərə görə, erməni əsilli Fransa vətəndaşları əllərində “ermənilər üçün oynayın” sözləri yazılan plakatlarla stadiona daxil olublar.

Kristian Manoukyan adlı tərəfdar ermənilərin “Lion”u dəstəklədiyini deyib: “Bizim qəlbimizdə türklərə yer yoxdur. Bütün ermənilər “Lion”un qələbə qazanmasını istəyir. “Lionun” futbolçuları ermənilər üçün oynayıb, qələbə qazanmalıdırlar”.

Bir qrup erməni təxribatçı türkiyəli tərəfdarların stadiona buraxılmamasını tələb edib.

Femida.az

Açar sözlər:

Oxunub: 4717