Girovluqda olan azərbaycanlı məktub yazdı


15:50     28 Aprel 2015 2015-02-27-01-52-20aaaert.jpg


Kəlbəcər rayonunda girov götürülən azərbaycanlı Dilqəm Əsgərov ailəsinə məktub göndərib.


Femida.az xəbər verir ki, bu barədə AzVision.az-a D. Əsgərovun qardaşı Sahib Musayev məlumat verib. O, qeyd edib ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə göndərilən məktub artıq onlara çatdırılıb:

“Məktubda Dilqəm səhhətinin yaxşı olduğunu yazıb. O, yeməyinin vaxtında verildiyini və heç bir probleminin olmadığını qeyd edib. O, həbs olunması ilə bağlı qərardan Ali Məhkəməyə şikayət verdiyini də bildirib”.

Xatırladaq ki, Kəlbəcərdə Ermənistan əsgərləri tərəfindən girov götürülmüş azərbaycanlılar Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində qurulmuş “məhkəmə” prosesi yekunlaşıb. D. Əsgərova ömürlük həbs cəzası, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.
Ötən ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər. Digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb.

Açar sözlər:

Oxunub: 1179