Adil Əliyev: “Satqınların vətəni olmur. “


15:54     28 Aprel 2015 publika.az1429865486adil%20(1).jpg


Millət vəkili Adil Əliyev qondarma Talış-Muğan respublikasını qurmağa cəhd edən Əlikram Hümbətovun ermənilərə veridiyi dəstəyə münasibət bildirib:


“Satqınların vətəni olmur. Bu gün Əlikram Hümbətovun hərəkətinin xalqımıza heç bir aidiyyəti yoxdu. Əlikram Hümbətov etdiyi əməllərə görə, xalqımız tərəfindən cəzalandırıldı və ölkə prezidenti də bunu rəsmiləşdirirərək, xəyanətkarı vətəndaşlıqdan məhrum etdi.
Üstəlik, talış insanı tərəfindən qəbuledilməz şəxsdir. Onun nə indi, nə də gələcəkdə də cənub bölgəsi ilə bağlı çıxış etməyə mənəvi haqqı çatmır. O, əvvəl hara xidmət edirdisə, bu gün eyni qüvvələrin marağına qulluq edir.

Bu gün ölkəmizin uğurları və nailiyyətləri belə satqınları narahat edir. Təkcə, qarşıdan gələn 2015 Avropa Yay Oyunlarının keçirilməsi bizi istəməyən qüvvələrin narahatlığına səbəb olur. Əlikram kimi satqınlar da, bu qüvvələrin əlində oyuncaq kimi istifadə olunurlar. Ona görə separatçının ermənilərə müraciətində də qeyri-adi heç nə yoxdur və buna təəccüblənməyinə dəyməz.
Amma, təəssüf edirəm ki, xaricdə yaşayan bəzi şəxslər milli və dövlətçilik maraqları bir kənara qoyub, iqtidara qarşı mübarizə adı altında Azərbaycana və dövlətçiliyinə xəyanət edirlər. Halbukı ulu öndər Heydər Əliyev hər zaman çıxışlarında qeyd edirdi ki, hər kəsin iqtidara qarşı müxalifət olması normaldır. Amma, əsas odur ki, dövlətçiliyə və milli maraqlara qarşı müxalifətdə olmasınlar. Biri Almaniyadan şəxsi maraqlarına görə, Azərbaycan əleyhinə kampaniyalara qoşulur, digəri Amerikada sanksiyaların tətbiq olunması ilə bağlı imzatoplama kampaniyası aparır. Belələrinə nə adı verəsən?!.. “

Qeyd edək ki, qondarma erməni soyqırımı haqda Əlikram Hümbətov erməni mediasına səslənmişdi. O, ermənilərə açıq şəkildə dəstək verdiyini dilə gətirmişdi.

Xatırladaq ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 fevral 1996-cı il tarixli hökmü ilə məhkum edilib, Azərbaycan Respublikasının Prezidentinin 3 sentyabr 2004-cü il tarixli 119 nömrəli Fərmanı ilə əfv olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 635


Oxşar xəbərlər