Qadın avtobusda öldü - Gəncədə


17:01     15 Aprel 2017 meyit%2025.jpg

Gəncədə qadın sərnişin avtobusda qəflətən ölüb.


Femida.az xəbər verir ki, APA-nın məlumatına görə, hadisə bu gün səhər saatlarında Gəncədə şəhər daxilində sərnişin daşıyan 7 saylı avtobusda qeydə alınıb. Şəhər sakini, 1961-ci il təvəllüdlü Hicran Cahangirova avtobusa minəndən sonra özünü pis hiss edərək yıxılıb. Ona dərhal yardım göstərilsə də, öldüyü məlum olub.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.


Femida.az

Açar sözlər:

Oxunub: 937