Ankarada və İstanbulda etirazlar başladı


13:13     17 Aprel 2017 1717803.jpg

Bu saatlarda Ankarada və İstanbulda Türkiyədəki referendumda səslərin hesablanması zamanı yol verilən saxtakarlıqlara qarşı çoxminli etiraz aksiyaları başlayıb.


Etiraz edənlər səsvermənin nəticələrinin ləğvini tələb edirlər.

Xatırladaq ki, Türkiyənin Mərkəzi Seçki Komissiyası (MSK) referendumda konstitusiyaya düzəlişlərin edilməsi tərəfdarlarının 1,25 milyon səs çoxluğu ilə qalib gəldiklərini elan edib.

MSK sədri Sədi Güvən deyib: “Bülletenlərin ilkin hesablaması göstərir ki, referendumda "hə" deyənlərin səsi 1,25 milyon dəfə çoxdur. Səsvermənin nəticələrinə görə, "hə" deyildi (Düzəlişlər təqdir olunub)".

Yeri gəlmişkən, bir az əvvəl Türkiyə Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıcdaroğlu referendumun nəticələri ilə bağlı açıqlama verərək referendumun qeyri-bərabər şərtlərlə keçirildiyini vurğulamışdı.

Kamal Kılıcdaroğlu referendumun nəticələrinin mübahisəli olduğunu bildirərək buna Yüksək Seçim Kurumunun (Mərkəzi Seçki Komissiyası) qərarlarının təsir etdiyini qeyd etmişdi: “Yüksək Seçim Kurumu bu referendumu mübahisəli vəziyyətə gətirdi. Millətin qərarına YSK kölgə saldı. YSK referendumun təhlükəsizliyindən məsuliyyətli idi”.

Müstəqil analitiklərin fikrincə, referendum və ondan əvvəl aparılan təbliğat cəmiyyətdə qarşıdurmaya gətirib çıxara bilər ki, nəticədə Ərdoğan hakimiyyəti zəifləyər.

Femida.az

Açar sözlər:

Oxunub: 2514