Bacı qardaşından xəbərsiz evi satdı - Məhkəmə çəkişməsi (VİDEO)

10:11     17 Aprel 2017 mehkeme%20qadin1.JPG

Bacı qardaşı ilə yaşadığı evi gizli satışa çıxardı, məsələ isə məhkəməyə qədər gedib çıxdı.


Femida.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində Mikayıl Həsənzadənin bacısı Dilarə Həsənzadə ilə aralarında pay mülkiyətinin bölünməsinə dair məhkəmə prosesi keçirilib. Prosesdə Mikayıl Həsənzadənin həyat yoldaşı Səkinə Həsənzadə iştirak edib. O bildirib ki, baldızı Dilarə Həsənzadə ata mülkünü adına keçirmək üçün onları məhkəməyə verib. Məhkəmə isə torpaq sahəsindən müəyyən payın onlara verilməsinə və ailənin oraya köçürülməsinə dair qərar çıxarıb.

“Baldızım ata mülkünü adına keçirmək üçün 2003-cü ildən bizi məhkəmələrə verir. Məhkəmə yaşayış sahəsindən 1/3 hissə pay ayırıb və qərarla ora köçürülmüşəm”.

Lakin müəyyən bir vaxtdan sonra Dilarə Həsənzadə bununla kifayətlənməyib, doğma qardaşı ilə birgə yaşadığı evi gizli satışa çıxarıb. Bundan sonra isə bacı ilə qardaş yenidən məhkəməlik olub. Səkinə xanım deyir ki, ev 60 min dollar satılsa da, onlara az pul ödənilməsi üçün aşağı qiymət açıqlanıb.

“Həyat yoldaşım orada yaşaya-yaşaya, o ünvanda doğulub böyüsə də, onun razılığını almadan evi başqa adama satıb. Evi 60000 dollara satsa da, kağıza 37000 dollar yazıdırıb. Bu düzgün deyil. O puldan da 2600 dollar ayırıb. Ondan sonra məhkəmələrə düşdük” .

Bakı Apellyasiya Məhkəməsi isə ər və arvadın xeyrinə qərar çıxarıb. Qalır əsas məsələ - qərarın icra olunması…

“Məhkəmədə araşdırıldı. Bizim payımız düzgün bölündü. Almağı hələ bilmirəm, icra nümayəndəsi görək nə edəcək. Ala biləcəm, ya yox. Baldızım deyir ki, pulum yoxdur. Halbuki pulu çoxdu”.



Oğuz Altay
Operator: Əhməd Xəlilov
Montaj: Bəxtiyar Məmmədov


Femida.az

Açar sözlər:

Oxunub: 5246