Hemofiliyalı xəstələrin sayı artıb


15:43     17 Aprel 2017 hemofiliya.jpg

“Hemofiliya Mərkəzində hazırda 1554 xəstə dispanser qeydiyyatındadır”.


Femida.az xəbər verir ki, bunu Hemofiliya Mərkəzinin direktoru Elmira Qədimova deyib. Onun sözlərinə görə, bu gün dünya üzrə 400.000-dən çox hemofiliyalı xəstə var:

“Azərbaycan bu problemdən kənarda qalmayıb. Mərkəzdə hər il 50-60 nəfərdən çox hemofiliyalı xəstələrdə müxtəlif böyük və kiçik cərrahi əməliyyatlar həyata keçirilir. 2016-ci ildə 1541 hemofilialı xəstə qeydiyyatda olub. İldə 40-50 xəstə qeydiyyata götürülür. 69 nəfər keçən il Mərkəzdə ilk dəfə qeydiyyata götürülüb. Bu xəstələrin nisbi artması diaqnozun düzgün qoyulması ilə bağlıdır. Hemofiliyalı xəstələrin 25 faizi 1-5 yaşında uşaqlardır. Hemofiliyalı xəstələr ən çox Bakı, Sumqayıt və Mərkəzi Aran rayonlarındadır”.

E.Qədimova qeyd edib ki, bu xəstələr üçün ən vacib müalicə vasitəsi olan VIII/IX faktor preparatları ölkəyə gətirilir. “Dünyada 80% xəstələr lazımi dərman preparatları ilə təmin olunmur. Lakin 20% ölkələr hemofiliyalı xəstələri lazımi dərman preparatları ilə təmin edir. Azərbaycan da bu 20%-ə daxil olunub. Bu gün bütün inkişaf etmiş ölkələrdə olduğu kimi, Azərbaycanda da tibbi göstərişlər əsasında hemofiliyalı xəstələr müxtəlif növ müalicə alırlar: ev şəraitində, ambulator və stasionar müalicələrlə yanaşı, I və II profilaktika”.

Femida.az

Açar sözlər:

Oxunub: 832


Oxşar xəbərlər