“Tahir Rzayev qadınlardan üzr istəməlidir” – Tənzilə Rüstəmxanlı


19:49     19 Aprel 2017 22fde6459c861caea89d7725fa551e412.jpg

“Onun kimi deputatlar ölkəmizin nüfuzuna zərbə vurur”


Bu sözləri Femida.az-a açıqlamasında Azər-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı deyib.

O bildirib ki, Tahir Rzayevin deputatlıq mandatı müzakirə olunmalıdır:

“Əgər bir ölkənin millət vəkili atla qadını müqayisə edirsə, görün, cəmiyyətin qadına münasibəti nə yerdədir. Buna nə ad verək? Yazıqlar olsun! Bu cür deputatlar ölkəmizi beynəlxalq qurumlar qarşısında biabr edir. Qadın hüquqları təşkilatları, ictimai qurumlar, mətbuat bu şəxsin üzərinə getməlidir. Tahir Rzayev ölkənin bütün qadınlarından üzr istəməlidir, ya da onun mandatı müzakirə olunmalıdır”.

T.Rüstəmxanlı onu da qeyd etdi ki, qadın millət vəkilləri də Tahir Rzayevin dediyi fikrə sərt münasibət bildirməlidir.

Xatırladaq ki, millət vəkili Tahir Rzayev qadınları atla müqayisə edərək “Heç vaxt yürüyən ata qamçı vurmurlar. Əgər qadın evdə kişinin sözünü eşitmirsə, hegemonluq etmək istəyirsə, kişi də əsəbiləşib ona bir söz deməlidir də!”

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 4520


Oxşar xəbərlər