Merkel Putinə şərt qoydu


16:54     28 Aprel 2015 putinmerkler.jpg


Rusiyaya qarşı beynəlxalq sanksiyalar Ukrayna münaqişəsi ilə bağlı bu il Minskdə əldə edilmiş sülh sazişinə əməl edilməsindən aslıdır.


Femida.az-ın məlumatına görə, bunu Almaniyanın kansleri Angela Merkel bildirib.

O, Varşavada Polşanın baş naziri Eva Kopaçla birgə keçirdiyi mətbuat konfransında deyib ki, Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalarına yenidən baxılması imkanı iyunda müzakirə olunacaq: "Bu ilin martında Avropa Şurasında qəbul edilmiş qəti qərarda bildirilir ki, bu sanksiyalar Minsk razılaşmasının yerinə yetirilməsindən aslı olacaq.

Kansler Minskdə imzalanmış razılaşmanın reallaşdırılmasına daha çox vaxt lazım olacağını söyləyib.

Polşanın hökumət başçısı da hələlik Rusiyaya qarşı sanksiyaların qüvvədə qalmasına tərəfdar olduğunu deyib.

Xatırladaq ki, liderlərin görüşündə Ukrayna münaqişəsi, gələn ay Riqada keçiriləcək Şərq Tərəfdaşlığı sammitinə hazırlıq məsələləri müzakirə edilib.
Femida.az

Açar sözlər:

Oxunub: 686