Prezident müxalifəti dəvət etmədi


17:07     28 Aprel 2015 7777777777777777.jpg

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan müxalifəti Çanaqqalaya dəvət etməməsinə açıqlama gətirib:

“12 il Türkiyənin baş naziri oldum. Bu müddətdə nə Dövlət Baxçalını, nə Dəniz Baykalı, nə də Kılıçdaroğlunu Çanaqqalada görmüşəm. Hər il 18 martda Çanaqqalada oluram. Onlar nə vaxtsa gəlibmi? Mən görmədim. Başqa yerdə Çanaqqala zəfərini qeyd ediblərsə, o haqda da məlumatsızam.”
Qeyd edək ki, 24 aprel-də Çanaqqala zəfərinin 100 illiyi böyük bayram tədbirləri ilə qeyd olunub.

Günay Arda
Femida.az

Açar sözlər:

Oxunub: 480