Azərbaycanda tikə-tikə doğranan peyğəmbər - Sirli ziyarətgahdan videoreportaj

18:11     24 Aprel 2017 peygember.JPG



Beyləqan rayonunun mərkəzindən 3-4 km şimal-şərqdə, Şəfəq qəsəbəsində bir ziyarətgah yerləşir. Haqqında bir çox rəvayətlər dolaşan bu ziyarətgahın əslində çox qədim tarixi var. Ziyarətgah İsa Peyğəmbərdən sonra, təxminən III-IV əsrlərdə yaşamış və 77 il ömür sürmüş, əslən Fələstindən olan Cərcis peyğəmbərin adı ilə bağlıdır. Sonralar o Mosula köçüb. O vaxtlar Mosulda bütlərə inanan zalım bir padşah hakimiyyət sürürdü. Cərcis Peyğəmbər camaatı bütlərdən döndərib Allaha doğru çağırmağa başlayıb. Xeyli adam, hətta padşahın arvadı da imana gəldi. Padşah Cərcis Peyğəmbəri öldürmək üçün onu ən ağır işgəncələrə məruz qoyur.


Peyğəmbər dörd dəfə ölümcül işgəncə altına düşür: Onun bədəninin ətini dəmir daraqla qoparırlar. Onu qaynar yağın içinə atırlar, odda yandırır, başına mismar vururlar. Amma hər dəfə Allah-təala Həzrət Cərcisi sağ-salamat saxlayır. Ona görə də Cərcis Peyğəmbəri dörd dəfə ölüb-dirilən peyğəmbər də adlandırırlar. Rəvayətə görə Cərcis Peyğəmbəri Beyləqan ərazisində tikə-tikə doğrayıb, quyuya atıblar. Bu hadisədən sonra onun ətrafında olan insanlar həmin ərazini ziyarət üçün hasara alır.


Femida.az el arasında “ Zəncirli pir”, “ Sarı Peyğəmbər” kimi adlandırılan Cərcis peyğəmbər ziyarətgahından hazırlanan reportajı təqdim edir:



Müxbir: Miri Məcidli
Oğuz Altay
Operator: Əhməd Xəlilov
Montaj: Bəxtiyar Məmmədov
Femida.az


Açar sözlər: Cərciz   Peyğəmbər   Ziyarətgah   Femida.az   Beyləqan    

Oxunub: 34161