İlham Əliyev Cəlilabadda


17:58     11 Avqust 2015 OMTwX1403u4v5.jpg

Prezident İlham Əliyev avqustun 11-də Cəlilabad rayonuna səfərə gəlib.


Femida.az xəbər verir ki, dövlət başçısı əvvəlcə mərhum prezident Heydər Əliyevin Cəlilabad şəhərinin mərkəzindəki abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Azərbaycan Prezidentinə abidənin ucaldığı Heydər Əliyev adına park haqqında məlumat verib.

Bildirildi ki, ümumi sahəsi 7500 kvadratmetr olan parkda sakinlərin və rayonun qonaqlarının istirahəti üçün hər cür şərait yaradılıb. Parkın ərazisində iki fəvvarə, müasir işıq dirəkləri və oturacaqlar quraşdırılıb, yaşıllıq zolağı salınıb, yeni gül kolları əkilib.

Açar sözlər:

Oxunub: 1010