Gecəyə doğru yağış yağacaq


13:55     25 Aprel 2017 yagis%20femida.jpg

Bu gün Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz güclü olacaq.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən Femida.az-a verilən məlumata görə, havanın temperaturu gecə 7-10° isti, gündüz 14-17° isti, Bakıda gecə 7-9° isti, gündüz 14-16° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 763 mm civə sütunundan 771 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 60-70% təşkil edəcək. Aprelin 25-də gün ərzində Bakıda və Abşeron yarımadasında şimal-qərb, şimal küləyinin güclənəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 7-12° isti, gündüz 15-20° isti, dağlarda gecə 2-7° isti, gündüz 8-13° isti olacağı gözlənilir.

Femida.az

Açar sözlər:

Oxunub: 1304


Oxşar xəbərlər