Büdcədən yayınmanın qarşısı alındı


17:37     26 Aprel 2017 gomruk%20ko.jpg

Bakı Baş Gömrük İdarəsi tərəfindən ixracatçı ölkələrin gömrük orqanlarına göndərilən sorğular nəticəsində həmin ölkələrdən idxal edilən malların invoys qiymətlərinin azaldılması halları müəyyən edilib.


Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, Bakı Baş Gömrük İdarəsi əməkdaşlarının apardığı araşdırma nəticəsində bu ilin aprel ayının ilk 10 günü ərzində təqdim olunan invoyslarla orijinal invoyslar arasında əmələ gələn fərq 1 mln. 438 min 404 dollar (2 mln. 488 min 440 manat) təşkil edib və aparılan hesablamalarla dövlət büdcəsinə əlavə olaraq 895 min manatdan artıq gömrük vergi və rüsumlarının köçürülməsi təmin edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 845