“Qarabağ əlilləri dəstək gözləyir”

“Qarabağ əlilləri dəstək gözləyir”


20:03     28 Aprel 2015 ganire.jpg



Femida.az xəbər verir ki, millət vəkili Qənirə Paşayeva bu gün Milli Məclisdə çıxışı zamanı Qarabağ müharibəsi veteranlarının narahat edən bir məsələni diqqətə çatdırıb və bildirib ki, Qarabağ müharibəsi veteranları bu məsələnin həllində parlamentdən və hökumətdən dəstək gözləyir.

Bir qrup Qarabağ müharibəsi veteranının ona müraciət etdiyini deyən millət vəkili Qənirə Paşayeva bildirib ki, Qarabağ müharibəsi veteranları hər ay aldıqları 45 manat müavinətin pensiyaya çıxdıqları zaman azalaraq 10 manata düşdüyünü bildiriblər. Onlar bildiriblər ki, əmək pensiyaları haqqında qanuna görə yaşa görə əmək pensiyasının baza hissəsinin 19-cu maddəsinə görə 10% məbləğində imtiyaz nəzərdə tutulur ki, bu da 10 manat edir. Onlar da bu məsələdən çıxış yolu kimi əmək pensiyası haqqında qanunda verilən imtiyazı artırmaqda, yəni 45 manatı ala bilmək üçün 45% artımda görürlər. Millət vəkili Qənirə Paşayeva bildirib ki, Qarabağ müharibəsi veteranları pensiya yaşına çıxdıqları zaman sağlamlıqlarında, səhhətlərində problemlərin artdığını və daha çox vəsaitə ehtiyacları olduqlarını bildirərək parlamenti və hökuməti bu məsələni həll etməyə çağırırlar. Ölkəmizin Prezidenti cənab İlham Əliyevin hər zaman Qarabağ müharibəsi veteranlarına böyük diqqət göstərdiyini deyən millət vəkili Qənirə Paşayeva Qarabağ müharibəsi veteranları bu məsələnin həll olunacağına inanır və parlamentimizi bu məsələnin həllinə dəstək göstərməyə çağırırlar.

Femida.az

Açar sözlər:

Oxunub: 629