Xalq artistinin ayağı amputasiya edildi
21:30 11 Avqust 2015
Azərbaycanın xalq artisti Muxtar Maniyevin ayağı amputasiya olunub.
Femida.az xəbər verir ki, M. Maniyevin xanımı Nəsibə Maniyevanın APA-ya verdiyi məlumata görə, xalq artisti bu gün Elmi Cərrahiyyə Mərkəzində əməliyyat olunub: “Əməliyyat sol ayağından olunub. Sol ayaq topuq nahiyəsindən amputasiya olunub. Bir müddət əvvəl barmağında qaralma var idi. Biz düşünürdük ki, ən pis halda barmaq kəsilər, amma mümkün olmadı. Həkimlər əməliyyatı vacib hesab etdilər. Əgər ayaq amputasiya olunmasaydı, qanda zəhərlənmə ola bilərdi, bu da yuxarı ətrafların sıradan çıxmasına gətirib çıxarardı”.
Həyat yoldaşı bildirib ki, M. Maniyev hazırda reanimasiyadadır: “Ümid edirik ki, reanimasiyadan palataya yerləşdirilməsi çox çəkməyəcək. Baş həkimə də, həkimlərlə də danışmışıq, əllərindən nə gəlirsə, edirlər”.
Qeyd edək ki, M. Maniyev avqustun 6-da xəstəxanaya yerləşdirilib.
Oxunub: 1211
Oxşar xəbərlər
- Xalq artisti vəfat etdi
- Xalq artistlərinin məhkəməsi başladı
- Xalq artistinə 70 min `atan` şəxs həbs edildi
- Xalq artistinin ailəsində ağır itki
- Xalq artistinin 100 illik yubileyi keçiriləcək
- Xalq artisti vəfat etdi
- Xalq artisti dəfn olunub
- Xalq artisti vəfat etdi
- Xalq artisti süni tənəffüs aparatına qoşulub – YENİLƏNİB
- Xalq artisti filarmoniyaya direktor təyin edildi