Alimentin verilməsi hansı hallarda dayandırıla bilər? - Hüquqi yardım


16:48     28 Aprel 2017 alimenttt3.jpg

Femida.az vətəndaşlara hüquqi yardımını davam etdirir.


Aliment ödənilməsi hər zaman mübahisəli sahə sayılır. Bəs, alimentin ödənilməsi hansı hallarda dayandırıla bilər?

Femida.az vəkil Asif Abdullayevin şərhini təqdim edir:

Məhkəmə qaydasında tutulan alimentin ödənilməsinə aşağıdakı hallarda xitam verilir:

1. uşaq yetkinlik yaşına çatdıqda və ya yetkinlik yaşına çatmamış tam fəaliyyət qabiliyyəti əldə etdikdə;

2. aliment ödənilən uşaq övladlığa götürüldükdə;

3. aliment alan şəxsin maddi yardıma ehtiyacının ödənildiyi və ya əmək
qabiliyyətinin bərpa olunduğu məhkəmə tərəfindən müəyyən olunduqda;

4. aliment alan şəxs və ya aliment ödəyən şəxs öldükdə;

5. əmək qabiliyyəti olmayan və ya ehtiyacı olan aliment alan ər və ya arvad yeni nikaha daxil olduqda.


Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 16397