XİN-dən cəbhədəki vəziyyətlə bağlı açıqlama
01:25 29 Aprel 2017
İlk növbədə sual vermək lazımdır ki, Ermənistan əsgərlərinin Azərbaycanın suveren ərazilərində nə işi var?
Bu barədə XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan XİN-nin mətbuat xidmətinin rəhbərinin fikirlərini şərh edərkən bildirib.
H.Hacıyev qeyd edib ki, qoşunların təmas xəttində gərginliyin baş verməsi və itkilərin olması bir daha göstərir ki, vəziyyət nə dərəcədə kövrəkdir.
H.Hacıyev bildirib ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğu gərginliyin yaranmasının və atəşkəsin pozulmasının əsas səbəbidir: "Ermənistan rəhbərliyi BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələrblərinə uyğun olaraq Azərbaycanın işğal olunmuş ərazilərindən öz işğalçı qoşunlarını çıxarmaqdan imtina edir. Ona görə də mövcud vəziyyətə görə məsuliyyət tam şəkildə Ermənistan rəhbərliyinin üzərinə düşür". (Trend)
Oxunub: 2251
Oxşar xəbərlər
- XİN-dən erməni spikerə SƏRT CAVAB
- XİN-dən 200 azərbaycanlı qadının saxlanılması xəbərinə reaksiya
- XİN-dən açıqlama: Bu, Ermənistanın növbəti təxribatıdır
- XİN-dən Nalbandyanın Kəlbəcər səfəri ilə bağlı açıqlama
- XİN-dən Türkiyədəki zəlzələ ilə bağlı AÇIQLAMA
- XİN-dən Qarabağa gedən avropalı deputata sərt cavab
- XİN-dən cəbhədəki vəziyyətlə bağlı AÇIQLAMA
- XİN-dən Sorosun maliyyələşdirdiyi sayta SƏRT REAKSİYA
- XİN-dən Zaxarovaya CAVAB
- XİN-dən Polad Bülbüloğlu ilə bağlı AÇIQLAMA