“Zəngəzur” şadlıq evinin mətbəxi xəstəlik mənbəyidir


15:37     12 Avqust 2015 I6AmNsZvF67l.jpg

Avqustun 8-də “Zəngəzur” şadlıq sarayında baş verən kütləvi zəhərlənmə hadisəsi ilə əlaqədar rayon prokurorluğuna müraciət edilib.


Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev deyib ki, artıq Binəqədi rayon Gigiyena və Epidemiologiya Mərkəzi şadlıq sarayının fəaliyyətinin dayandırılması barədə qəbul etdiyi qərarı həm sahibkara, həm də aidiyyəti dövlət qurumlarına təqdim edib.

İ. Abdullayev həmçinin şadlıq sarayında aparılan laborator müayinələrin nəticələri barədə də danışıb: “Şadlıq evindən ümumi gigiyena vəziyyətini aydınlaşdırmaq üçün 22 yaxma nümunəsi götürülərək analiz olunub. Bu nümunələrin 9-da bağırsaq çöpləri aşkar edilib. Çöplər boşqablarda, salat qablarında, işçilərin, eləcə də aşpazın, çörək doğrayanın, qab yuyanın əllərində müəyyən olunub. Çirkləndirmə əsasən çiy və bişmiş qidaların bir-biri ilə təması zamanı baş verib. Misal olaraq, eyni bıçaqlardan, doğrama taxtalarından, qablardan istifadə olunub. Halbuki bunların heç birini yol vermək olmaz. Kütləvi zəhərlənmə hadisəsi də məhz bu səbəblərdən baş verib”.

O, qeyd edib ki, aşkar olunan mikroorqanizmalar onu sübut edir ki, şadlıq sarayında məhsulun temperatur rejimi gözlənilməyib: “Yəni, bu qədər mikroorqanizmanın birdən-birə inkişaf etməsi və çoxlu sayda insanın zəhərlənməsinə səbəb olması ona əsas verir ki, müəssisədəki qida qarışdırılmış vəziyyətdə yüksək temperaturda saxlanılıb. Halbuki həmin temperatur 6 dərəcədən aşağı olmalı idi. Lakin həmin qidalar qeyd olunan temperatur şəraitində saxlanılmayıb”.

O, qeyd edib ki, digər şadlıq sarayalarında da müvafiq yoxlamalar aparılacaq.

Xatırladaq ki, zəhərlənmə hadisəsində 77 nəfər zəhərlənən, o cümlədən 15 uşaq tibbi yardım almaq tibb müəssisələrinə müraciət etmişdi. Müraciət edənlər əsasən 1 saylı Kliniki Tibbi Mərkəzə və 7 nömrəli Uşaq Yoluxucu Xəstəxanasına yerləşdirilib, onlara müvafiq tibbi yardım göstərilib./AzVision/

Açar sözlər:

Oxunub: 819


Oxşar xəbərlər