Kartofun içindən marixuana çıxdı


17:52     12 Avqust 2015 534a3cf42e2284fd1a4f655e799255b8.jpg

Bakı İstintaq Təcridxanasına narkotik keçirilməsinin qarşısı alınıb.


Ədliyyə Nazirliyinin Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən Femida.az - a verilən məlumata görə, xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində Bakı istintaq təcridxanasında saxlanılan, Cinayət Məcəlləsinin 234.1 maddəsinə əsasən azadlıqdan məhrum edilmiş Emin Əsəd oğlu Əliyevin ziyarətinə gələn Bakı şəhər sakini Orucəli Samir oğlu Məmmədovun gətirdiyi sovqata baxış keçirilən zaman bir ədəd kartofun içərisinə kustar üsulla yerləşdirilmiş bir ədəd sellofana bükülmüş xalis çəkisi 1,27 qram olan narkotik vasitə - marixuana aşkarlanaraq götürülüb.

Fakt üzrə araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 1390


Oxşar xəbərlər