Rəşid Behbudovun xanımı vəfat edib


13:38     03 May 2017 1441879674-resid-behbudov-reside-ceyran.jpg

Mərhum xalq artisti Rəşid Behbudovun həyat yoldaşı Ceyran Behbudova vəfat edib.


Bu barədə Ceyran Behbudovanın kürəkəni Kamil Şahverdiyev məlumat verib.

O bildirib ki, C. Behbudova mayın 2-də dünyasını dəyişib: “Yayda infarkt keçirmişdi, o vaxtdan səhhətində ciddi problemlər var idi. Dünən axşam dünyasını dəyişdi. Vida mərasimi bu gün saat 12:00-da Təzə Pir məscidində keçiriləcək. Ceyran xanım Yasamal qəbiristanlığında, ailə üzvlərinin yanında dəfn olunacaq”. (APA)

Femida.az

Açar sözlər:

Oxunub: 3316