Ərəb dilini tez öyrənmək istəyənlərin nəzərinə!


18:52     03 May 2017 ereb%20dili%20kitab.jpg

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin növbəti nəşri – “Azərbaycan-ərəb dili danışıq kitabçası” işıq üzü görüb.


Mərkəzdən Femida.az-a verilən məlumata görə, kitabçada yolda, məişətdə, görüş, ilkin tanışlıq zamanı istifadə olunan söz və ifadələr “Şəhərdə”, “Mehmanxanada”, “Sərhəddə”, “Vağzal”, “Restoranda”, “Bərbərxana”, “Kino, hobbi və istirahət”, “Park və zoopark”, “Çimərlik və dəniz gəzintisi”, “Alış-veriş və xidmətlər”, “Əlaqə vasitələri”, “Tibbi yardım”, “Təqvim”, “İdman”, “Polis”, “Valyutadəyişmə” kimi tematik bölümlər üzrə qruplaşdırılmaqla yanaşı, sonda hər mövzuya uyğun lüğət yer alıb.

Vəsaitin tərtibçisi Şahin Ələsgərov, redaktorları Yaşar Əliyev və Əhməd Sami Elaydidir.

Femida.az

Açar sözlər:

Oxunub: 3088