Dəhşətli istilər qayıdır


00:02     13 Avqust 2015 1438157239_etatist.jpg

Sabah Bakıda havanın temperaturunun 38 dərəcəyə çatacağı gözlənilir.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Femida.az-a verilən məlumatına görə, Bakıda və Abşeron yarımadasında avqustun 13-də hava günəşli olacaq. Mülayim şimal-qərb küləyi gündüz şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 23-26, gündüz 33-38 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında avqustun 13-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25, gündüz 34-39, dağlarda gecə 15-20, gündüz 27-32 dərəcə isti olacaq.

Açar sözlər:

Oxunub: 1244