Qohumlarının evini talan edən şairə HÖKM OXUNUB


14:52     04 May 2017 1398947325_mehkeme.jpg

Ağcabədi rayonunda qohumlarının evini talan edib, avtomobillərini yandıran şəxsə hökm oxunub.


2014 və 2016-cı illərdə Laçın rayonundan olan məcburi köçkün Xanəli Verdiyevə məxsus “VAZ 21015” və “Mercedes-190” markalı avtomobillərin yandırılması faktı üzrə istintaq başa çatıb.

İstintaq zamanı hadisənin zərərçəkənin qohumu və qonşusu İkram Şükürov tərəfindən törədildiyi məlum olub. İ. Şükürovun 2015-ci ildə 3 qonşusu və qohumlarının evini talan etməsi faktları da aşkarlanıb.

Laçın rayon məhkəməsinin qərarı ilə İ. Şükürov 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Bununla yanaşı, məhkəmə “Mercedes” markalı avtomobilə dəyən ziyanın ödənilməsi barədə də qərar çıxarıb.

İ. Şükürovun şair, 1 şer kitabının müəllifi olduğu bildirilir. (APA)

Femida.az

Açar sözlər:

Oxunub: 1065


Oxşar xəbərlər