Manatın devalvasiyası turistlərə təsir edəcəkmi? - ÖZƏL


21:52     28 Aprel 2015 44444444444444444444444444444444444444444444.jpg

“Manatın devalvasiyası xarici turizmi stimullaşdırıb”

Bunu iqtisadçı-ekspert Vüqar Bayramov femida.az saytına açıqlamasında deyib.
Ekspert bildirib ki, manatın devalvasiyası ölkəmizə gələn turistlərə müsbət təsir edəcək:

“Manatın məzənnəsinin aparıcı valyutalara nisbətən aşağı düşməsi xarici valyutaların ölkə bazarında dəyər qazanmasına gətirib çıxarıb. I Avropa Oyunları ərəfəsində xüsusən də, oyunlar keçirilən zaman manatın devalvasiyası fonunda daha çox turistin Azərbaycana gələcəyi planlaşdırılır.
Xarici turistlər gələn zaman öz pullarını manata çevirəndə daha çox manat əldə edəcəklər. Əgər əvvəllər bir turist ölkəmizə gələn zaman 1000 dollarını manata çevirdikdə 780 manat əldə edirdisə, indi isə təxminən 1050 manat əldə edir. Bu da imkan verir ki, xarici valyutası olan insanlar öz valyutası ilə daha çox xidmətlərdən yararana bilsin.”

Şahverdi Şirinli
Femida.az

Açar sözlər:

Oxunub: 601