Olimpiya çempionu ölü tapılıb


14:18     07 May 2017 olimp.PNG

Məşhur amerikalı idmançı Stiven Holkomb ABŞ yığmasının Leyk- Plesid şəhərindəki (Nyu-York ştatı) Olimpiya Hazırlıq Mərkəzindəki öz otağında ölü tapılıb.


Bu barədə ABŞ-ın Olimpiya Komitəsinin rəsmi saytında məlumat yerləşdirilib.

Otuz yeddi yaşlı idmançının hansı səbəbdən öldüyü barədə hələ ki, məlumat verilmir.

Qeyd edək ki, S.Holkumb 2010-cu ildə Soçidə keçirilən Qış Olimpiya Oyunlarında bobsley üzrə olimpiya çempionu olub.

Femida.az

Açar sözlər:

Oxunub: 2900