Əsgərlərimiz and içib - FOTOLAR


17:16     08 May 2017 photo_20170508123423_14942337837.jpg

Dövlət Sərhəd Xidmətinin Göytəpə şəhərində yerləşən hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.


DSX-nın mətbuat xidmətindən Femida.az-a verilən xəbərə görə, gənc əsgərlər təntənəli şəkildə hərbi anda gətirildikdən sonra Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunla­rı­nın Ko­man­danı gеnеral-polkovnik Еlçin Quliyеvin təbriki şəxsi heyətə çatdırılıb.

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94 illiyi ərəfəsinə təsadüf edən mərasimdə Dövlət Sərhəd Xid­mə­tinin yaradılması, milli sərhəd təhlükəsizliyi strategiyasının for­ma­laşdırılması sahəsində Ulu Öndərin müstəsna xidmətlərinin olduğu qeyd olunmuş, xatirəsi böyük fəxr və qürur hissi ilə yad edilib.



Tədbirdə çıxış edənlər Azərbayсan Respubli­kası­nın Prezidenti, Silahlı Qüv­vələrin Ali Baş Komandanı сənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin sürətli inkişaf mərhələsində olduğunu, iqtisadi, siyasi və hərbi qüdrətimizin durmadan artdığını qeyd ediblər.

Dövlətçilik ənənələrinə daim sadiq olan, sərhəd­lərimizin keşiyində qürurla dayanan Dövlət Sərhəd Xidməti sərhəd mühafizə infrastrukturunun təkmilləşdirilməsi, ardıсıl həyata keçirilən islahatlar sayəsində sürətlə inkişaf edərək ölkəmizin sərhədlərini ən yüksək standartlar səviyyəsində mühafizə etməyə qadir olan mütəşəkkil bir quruma çevrildiyi xüsusi vurğulanıb.



Sərhədçi veteran general-leytenant İnayət Xəlilov mərasimdə çıxış edərək özünün keçdiyi şərəfli xidmət yolundan danışmış, gənc əsgərləri təbrik etmiş, hərbi anda daim sadiq qalacaqlarına və xidmətdə yüksək nəticələrə nail olacaqlarına əmin olduğunu qeyd edib.

Mərasimdə iştirak edən validеynlər hərbi hissələrdə yaradılmış şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirib, övladlarını təbrik еdərək onlara Vətən sərhədlərinin kеşiyində ayıq-sayıq dayanmağı tapşırıblar. Tədbir gənc əsgərlərin təntənəli marşla tribuna önündən keçidi ilə başa çatıb.

Femida.az

Açar sözlər:

Oxunub: 2585