Nazirə və komitə sədrinə “Şöhrət” ordeni verildi - Sərəncam


01:03     13 Avqust 2015 1433407434_081a9f6ba8957bc65fbd10d42fc6aef3prezident.jpg

Azərbaycan prezidenti İlham Əliyev Hicran Hüseynovanın “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.


Femida.az -ın xəbərinə görə, H. Hüseynova Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə “Şöhrət” ordeni ilə təltif edilib.

Qeyd edək ki, H. Hüseynova Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədridir.

Bundan başqa Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Oqtay Kazım oğlu Şirəliyevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla O.Şirəliyev Azərbaycan Respublikasında səhiyyənin inkişafındakı xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib.

Açar sözlər:

Oxunub: 1168