Suriya ordusu Hələbin şərqində əməliyyatları bərpa etdi


22:17     08 May 2017 suriya%20ordusu4.jpg

Suriya ordusu ötən gün Hələb şəhərinin şərqində hərbi əməliyyatları bərpa edib. Əməliyyatların məqsədinin Hələbin şərqində qalan İŞİD mövqelərini təmizləmək olduğu bildirilir.


"Pələng Qüvvələri"nin hədəfi Hələbin şərqində yerləşən Məskənə çölünün şimalında yerləşən Cira hərbi hava bazasıdır.

Bu ərazini azad etmək Suriya ordusunun Deyr-Həfir düzənliyinə nəzarəti gücləndirməyə səbəb olacaq. Bundan əlavə, ordu 4 il ərzində ilk dəfə Məskənə çölünə daxil olmağa nail olacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 617