Cənubi Koreyada prezident seçkiləri başlayıb


15:44     09 May 2017 cenubi%20koreya.jpg

Koreya Respublikasında növbədənkənar prezident seçkiləri başlayıb. Bu seçkilər korrupsiya qalmaqalında şübhəli bilinən sabiq prezident Pak Kın Xenin impiçmenti və vəzifəsindən kənarlaşdırılması ilə əlaqədar olaraq keçirilir.


RİA Novosti informasiya agentliyi xəbər verir ki, Koreya Respublikası Mərkəzi Seçki Komissiyasının məlumatına görə, ölkədə ümumilikdə 14 minə yaxın seçki məntəqəsi fəaliyyət göstərir. Budəfəki seçkilərdə 42,5 milyonadək seçici qeydə alınıb. Səsvermə yerli vaxtla saat 20:00-da (Bakı vaxtı ilə 15:00) başa çatacaq.

Ölkənin ali dövlət postu uğrunda 13 namizəd mübarizə aparır. İctimai rəy sorğularının nəticələrinə əsasən, demokratık “Taburo” partiyasını təmsil edən Mun Çje İn seçkilərin əsas favoriti sayılır. Belə ki, seçicilərin 42,4 faizi ona səs verməyə hazırdır. Mun Çje İnin iki yaxın izləyicisinin hər biri - mərkəzçi “Xalq Partiyası”nın nümayəndəsi An Çxol Su və mühafizəkar “Azadlıq Partiyası”nın namizədi Xon Çjun Pxö respondentlərin yalnız 18,6 faizinin dəstəyinə malikdirlər.

Ölkədə prezident seçkiləri Koreya yarımadasında KXDR-ABŞ qarşıdurması səbəbindən yaranan gərgin vəziyyət fonunda keçirilir. Mun Çje İn Şimali Koreya ilə münasibətlərin normallaşması tərəfdarı kimi tanınsa da, vəziyyətin müharibə həddinə çatması onun bu sahədə fəaliyyətini çətinləşdirir.

Yeni prezident vəzifəsinin icrasına seçkilərin ertəsi gün – mayın 10-da başlayacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 965