General film qəhrəmanı oldu


15:06     29 Aprel 2015 movie-reel-clip-art-21.jpg


RTV “9 may – faşizm üzərində Qələbə”nin 70-ci ildönümünə həsr olunmuş “Kiçik kəndin böyük generalı” adlı film hazırlayıb. Film II Dünya müharibəsində silsilə qəhrəmanlıqlar göstərmiş azərbaycanlı general Mahmud Əbilova həsr olunub.


Ekran əsərində Azərbaycanın şimal regionunda boya başa çatmış Mahmud Əbilovun uşaqlıq illəri, hərb həyatı, II Dünya müharibəsində göstərdiyi şücaətlər təsvir olunub. Generalın hərb yolunu əks etdirən sənədlər və məlumatlar əsasında hazırlanan filmdə qəhrəmanın həyatındakı bəzi dönəmlər səhnələşdirilərək tamaşaçılara kino dilində təqdim olunur.

Qeyd edək ki, Mahmud Əbilov Böyük Vətən müharibəsi başlayanda 146-cı əlahiddə atıcı briqadanın komadiri vəzifəsinə təyin olunub. Döyüşlərdə böyük qəhrəmanlıqlar göstərdiyinə görə komandir vəzifəsi və general mayor hərbi rütbəsinə qədər yüksəlib.

General mayor Mahmud Əbilov döyüş xidmətlərinə görə 5 Qırmızı Bayraq, I dərəcəli Vətən müharibəsi, II dərəcəli Kutuzov, Suvorov, Boqdan Xmelinski, eləcə də Amerika Birləşmiş Ştatlarının və Polşa Respublikasının ordenləri ilə təltif olunub.
RTV-nin istehsalı olan “Kiçik kəndin böyük generalı” filmi 9 may, saat 18:00-da “Region TV”də yayımlanacaq.

Açar sözlər:

Oxunub: 1687