Sığortalanan şəxslərin sayı 3 milyonu keçdi


18:03     13 Avqust 2015 fond.jpg

Ölkədə fərdi şəxsi hesabı olan sığortalananların sayı üç milyonu keçib.


Dövlət Sosial Müdafiə Fondundan Axar.az-a verilən məlumata görə, iyul ayında 14.236 sığortalanana fərdi şəxsi hesab açılıb. İlin əvvəli ilə müqayisədə Fondun fərdi uçot sistemində qeydiyyatda olan sığortalananların sayı 4,59 faiz artıb.

Beləliklə də Azərbaycanda fərdi şəxsi hesabı olan sığortalananların sayı 3 113 053 nəfərə yüksəlib. Fərdi uçot sistemində qeydiyyatda olan sığortalananların 59,1 faizi (1 840 548 nəfər) kişi, 40,9 faizi (1 272 505 nəfər) isə qadındır.

Fərdi şəxsi hesabı olanlar arasında 30-40 yaş aralığında olanlar üstünlük təşkil edir.

Açar sözlər:

Oxunub: 765


Oxşar xəbərlər