Polad Bülbüloğlu ermənilərlə bağlı Rusiya XİN-də məsələ qaldırıb
20:39 11 May 2017
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasinlə görüşüb.
Rusiya XİN-in mətbuat xidmətindən Femida.az -a verilən məlumata görə, görüş səfirin xahişi ilə baş tutub. Görüş zamanı iki ölkə arasında əməkdaşlığın aktual məsələlərinə dair müzakirələr aparılıb.
APA-nın Moskva müxbirinin əldə etdiyi məlumata görə, Polad Bülbüloğlu mayın 9-da Moskva və Sankt-Peterburq şəhərlərində Qələbə günü ilə bağlı keçirilən “Ölməz alay” («Бессмертный полк») yürüşü zamanı erməni diasporunun törətdiyi təxribatı nazir müavininin diqqətinə çatdırıb.
Səfir gələcəkdə belə halların baş verməməsi üçün müvafiq tədbirlər görülməsini istəyib.
Q. Karasin məsələni diqqətdə saxlayacağını deyib.
Qeyd edək ki, mayın 9-da Moskva və Sankt-Peterburq şəhərlərində 9 may Qələbə günü münasibəti ilə keçirilən "Ölməz alay" (Bessmertnıy polk) yürüşlərində erməni diasporunun nümayəndələri əllərində qondarma separatçı rejimin bayraqlarını qaldıraraq "Artsax" deyə qışqırıblar. Ermənilərlə Azərbaycan diasporunun gənc fəalları arasında mübahisə yaranıb. Azərbaycanlı diaspor fəalları ermənilərdən qondarma rejimin bayrağının yığışdırılmasını tələb ediblər. Bu zaman ermənilər azərbaycanlılara hücum edib. Nəticədə azərbaycanlı iştirakçılardan bəziləri xəsarət alıb.
Hadisə yerində olan polis əməkdaşları dərhal müdaxilə ediblər.
Sank-Peterburqda yürüşdə ermənilərlə insident zamanı 10 nəfər azərbaycanlı polis bölməsinə aparılsa da, sonradan onlar sərbəst buraxılıb.
Femida.az
Oxunub: 2141
Oxşar xəbərlər
- Polad Bülbüloğludan YUNESKO açıqlaması
- Polad Bülbüloğlu ingiliscə çıxışından danışdı
- Polad Bülbüloğlunun Parisdə təqdimatı oldu
- Polad Bülbüloğlu baş katib seçilərsə, nə iş görəcək?
- Polad Bülbüloğlu YUNESKO-nun baş direktoru seçilə bilər
- Polad Bülbüloğlu Karasinlə görüşüb
- Polad Bülbüloğlu Ramazan Abdulatipovla görüşdü
- Polad Bülbüloğlu Ərdoğanın düşmənlərinə səsləndi
- Polad Bülbüloğluna heykəl qoyuldu - FOTOLAR
- Polad Bülbüloğlu Türkiyənin Moskvadakı səfirliyində olub