40 dərəcə isti olacaq


02:30     14 Avqust 2015 isti29.jpg

Sabah - avqustun 14-də Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Femida.az - a bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraiti günəşli olacaq. Gündüz cənub-şərq küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 23-26, gündüz 32-37 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25, gündüz 35-40, dağlarda gecə 15-20, gündüz 22-32 dərəcə isti olacaq.

Açar sözlər:

Oxunub: 1028