İşsizlərə siğorta pulu ödəniləcək


15:05     13 May 2017 issizler4.jpg

Azərbaycanda işsizlərə sığortadan ödəniləcək vəsaitlərin mənbələri müəyyənləşib.


Bu, yeni hazırlanan "İşsizlikdən sığorta haqqında" qanun layihəsinin 21-ci (İşsizlikdən sığorta vəsaitlərinin mənbələri) maddəsində əksini tapıb.

Göstərilən maddədə qeyd edilib ki, işsizlikdən sığorta vəsaitləri aşağıdakı mənbələr hesabına formalaşır:

- bu qanunla müəyyən qaydada ödənilən sığorta haqqları;

- bu qanunun tələblərinin pozulmasına görə İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş inzibati xətalara görə tətbiq olunan inzibati cərimələrdən daxilolmalar;

- “Qrant haqqında” qanuna uyğun olaraq verilən qrantlar, ianələr və yardımlar;

- bank kreditləri;

- qanunla və müvafiq icra hakimiyyəti orqanı tərəfindən nəzərdə tutulan digər mənbələr;

Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 2003