Azay Quliyev Berlinə gedir


21:38     13 May 2017 azay_quliyev_qorush_281215_02_1494677247.jpg

Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasının-nın vitse-prezidenti Azay Quliyev mayın 14-də Almaniyanın paytaxtı Berlinə səfər edəcək.


Milli Məclisdən verilən məlumata görə, deputat ATƏT-in Demokratik təsisatlar və insan haqları Ofisi (DTİHO) tərəfindən hazırlanan anti--semit nifrətilə bağlı cinayətlər və yəhudi icmalarının təhlükəsizliyinin təmini haqqında yeni praktiki kitabçanın təqdimat mərasimində iştirak edəcək.

Deputat, eyni zamanda, Almaniya Bundestaqında “Parlamentarilər anti-semitizmlə mübarizəni necə apara bilərlər” mövzusunda keçiriləcək müzakirələrə qatılacaq.

Səfər mayın 16-da başa çatacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 717