Britaniyada hava limanı boşaldıldı - Terror həyəcanı


22:49     14 May 2017 police%20ingilis.jpg

Böyük Britaniya polisi "şübhəli bağlama" aşkar edildikdən sonra Lids-Bradford beynəlxalq hava limanında evakuasiya elan edib.


Məlumata görə, bu haqda Daily Mail qəzeti xəbər verib.

Evakuasiya nəticəsində bir çox təyyarə digər hava limanlarına yönəldilib, bəzi reyslər yuvanıb. Hava limanına enən təyyarələrin sərnişinləri 1 saata yaxın təyyarənin içində gözləməli olublar.

Hazırda hava limanı bağlanıb, hadisə yerində polis əməkdaşları işləyir

Femida.az

Açar sözlər:

Oxunub: 1003